Hesabdakı qalığa faiz verən bank kartları - Siyahı

Hazırda ölkədə əhalinin bank kartların marağı artır. Bunun əsas səbəblərindən biri də bankların debet kartında qalan məbləğə faiz verməsidir.

Valyuta.az bankların verdikləri faiz dərəcəi ilə maraqlanıb.

"Yelo Bank"

Bankın "Yelo Light", "Yelo Premium", "Yelo Digital Card" debet kartları var. "Yelo Light" və "Yelo Premium" VİSA Platinum kartda olan 100.000 manatadək olan məbləğə illik 6% gündəlik qalığa vəsait hesablanır. "Yelo Light" kartınızda olan 10.000 manata qədər olan məbləğə illik 4% gündəlik qalığa vəsait hesablanır.

"Bank of Baku"

Bankın "Bank of Baku"nun 3 növ - "Bolkart debet", "Bolkart Gold debet", "Bank of Baku" debet kartı var.

Qalıq məbləğ 100 - 2000 manat olduqda illik 7% gəlir hesablanır. Qalıq məbləğ 2000 AZN-dən çox olduqda - 2000 manata qədər olan hissəyə 7%-lə, 2000 manatdan yuxarı olan hissəyə isə 5%-lə hesablanır.

"Unibank"

"Unibank"ın "Visa Platinum", "Digital card", "Albalı Debet" debet kartlar var.

Belə ki, məbləğ 10 000 manatadək məbləğ olduqda illik 6%, hesabda 1000 manatadək məbləğ olduqda illik 1% vəsait hesablanır.

"Azərbaycan Beynəlxalq Bankı" (ABB)

Bankın "Tam Digicard", "TamGənc VİSA Debet", "TamKart VİSA Classic Debet", "ABB Miles VİSA", "Acercell Co-Brand", "VİSA Pay Wave" kartları var. Kartdakı qalığa illik 7% hesablanıb, ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz, Standart kartlarda vəsaitin maksimum 2500 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal məbləğ 200 manat təşkil edir.

"Express Bank"

Bankın "Expresso debet", "Visa Infinite Debet", "Mastercard Black Edition Debet" kartları var. Minimal 100 AZN olduğu təqdirdə faiz hesablanır. Kartın növündən asılı olaraq 3-6% arası gəlir hesablanır.

"Rabitəbank"

Yaşıl Kartmane debet kartları üzrə:

• Faiz hesablanması - AZN 4%, USD 0,25%, EUR 0% (hesabın qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü kapitallaşmaqla kart hesabına köçürülür).

• Faiz hesablanacaq məbləğ - min. 100 AZN/100 USD / max. 10 000 AZN/10 000 USD təşkil edir.

"Kartmane Premium" debet kartları üzrə:

• Faiz hesablanması - AZN 6%, USD 0,25%, EUR 0% (hesabın qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü kapitallaşmaqla kart hesabına köçürülür).

• Faiz hesablanacaq məbləğ - min. 100 AZN/100 USD max. 50 000 AZN/50 000 USD təşkil edir. Kartmane illik yığım faizi növbəti qaydada aparılır. Məs. 1000 AZN x 4%= 40 AZN ( 1 il) 40 AZN/360 gün(bank ili)=0.11 AZN ( 1 gün) 0.11 AZN x 30 gün = 3.33 AZN (30 gün)

"Kapital Bank"

Bankın "Birbank Umico Premium debet", "Birbank Miles debet", "Birbank Umico debet", "Mastercard Platinum debet", "Visa Infinite Miles debet", "Mastercard World Elite Miles debet", "Birbank Premium Cashback" debet kartları var. Kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür.

"Access Bank"

Bankın "myCard Standard", "myCard Premium" debet kartları var. Kartdakı qalığa illik 7% hesablanıb, ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz, Standart kartlarda vəsaitin maksimum 2500 manata qədər hissəsinə hesablanır. Faiz hesablanacaq minimal məbləğ 200 manat təşkil edir.

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031