İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər - DOSYE


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər - DOSYE

Şirinov Natiq Telman oğlu - Dövlət Gömrük Komitəsi sədrinin müavini

10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub, 1993-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə, 2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 (üç) övladı var.
İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər - DOSYE

Əliyev Vüqar İsmayıl oğlu - Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib. 2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib. 2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb. Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, ötən il Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilib.Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.

Cahangirov Anar Niyaz oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Anar Cahangirov Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışıb. Ötən il sözügedən idarəyə sədr təyin edilib.

O, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru

Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Şərur rayonundan olan Aşurlu 2022-ci ildə "Azərterminalkompleks”ə gətirilib.(Modern)

Son xəbərlər

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031