Türkiyə ilə İran prezidentləri arasında Cənubi Qafqazdakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ankarada səfərdə olan İran Prezidenti Seyid İbrahim Rəisi mediaya birgə açıqlama veriblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilənin imzalandığı bildirilib.

Yanvarın 3-də Kirmanda baş vermiş terror aktını bir daha lənətlədiyini ifadə edən Ərdoğan Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu, ölkələrinin və bölgənin təhlükəsizliyini hədəfləyən PKK/PYD/YPG və PJAK terror qruplaşmalarına qarşı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyinə toxunduqlarını deyib.

“Şura iclasımız çərçivəsində qəbul etdiyimiz qərarların regionumuzun sabitliyi üçün əhəmiyyətli olduğuna inanırıq”, - deyən Prezident Ərdoğan bir çox məsələlər, o cümlədən İsrail-Fələstin qarşıdurması, Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıqlarını, eləcə də Türkiyə ilə İran arasında 30 milyard ABŞ dolları ticarət hədəfi baxımından irəliləyiş əldə etdiklərini bildirib.

Ərdoğan indiyədək Türkiyədən Qəzza zolağına 30 min tondan çox humanitar yardım materialı göndərildiyini açıqlayıb.

İran Prezidenti öz növbəsində ölkəsinin Türkiyə ilə uzun illərdir yaxşı münasibətlərinin olduğunu və bu əlaqələri bundan sonra daha yüksək səviyyələrə çatdırmaq istədiklərini deyib.

Son xəbərlər

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031