
Xəbərlər
13.01.2020, 10:28
Almaniyada xəstəxana yaxınlığında 2 bomba aşkarlanıb, 14 min nəfər təxliyə edilib

Almaniyanın Dortmund şəhərində xəstəxana yaxınlığında II Dünya Müharibəsindən qalmış 2 bomba aşkarlanıb.
CNN-in verdiyi xəbərə görə, mərmilərin zərərsizləşdirilməsi üçün 14 min nəfər xəstəxanadan təxliyə edilərək, müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.
ABŞ və İngiltərə istehsalı olan bombaların çəkisinin 250 kiloqram olduğu açıqlanıb.
Hadisə ilə əlaqədar şəhərin dəmir yolu stansiyasının fəaliyyəti müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.
Mütəxəssislər II Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Almaniya ərazisində qaldığını düşünürlər.(apa)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










