Telman İsmayılovun qohumundan “Ferrari” əməliyyatı - Bakıda həbs
Hakim sual edib ki, maşının dəyərindən xeyli ucuz satılması onu heç şübhələndirməyib?

Mirkazım belə cavab verib: "Gündə nə qədər adam maşın alıb-satır. Kimi ucuz, kimi baha satır. Mən də maşını alıb-satmışam. Kimdənsə məcburi olaraq maşın almamışam. Həm də maşın birinci mənə yox, başqa alıcılara da təklif olunub".

Suallardan aydın olub ki Mirkazım zərərçəkmiş Elmar Heybətovu tanıyıb. Hakim deyib ki, Elmar Heybətovu tanıdıqları halda maşının onun tərəfindən satılıb-satılmadığını niyə dəqiqləşdirməyiblər?

Mirkazım deyib ki, bu, Elmarla Vüqar arasında olan məsələdir. Məhkəmədə şahid qismində Mirkazım Cavadovun qardaşı Ağacan Cavadov da ifadə verib. O da qardaşı kimi eyni məzmunlu ifadə verib.

Məlum olub ki, Ağacan da maşının əsas sahibi, mülkiyyətçisi Elmarı tanıyıb. Ağacan deyib ki, maşının kim tərəfindən satılması onun üçün də maraqlı olmayıb: "Bəlkə Vüqarın Elmara, ya da Elmarın Vüqara verəcəyi var? Bu bizim işimiz deyil. Mən polis, prokuror deyiləm ki, gedib bunu araşdıram. Maşın satılıb, biz də almışıq".

Ağacan suallara aqressiv cavab verdiyi üçün hakim ona xəbərdarlıq edib. İşlə bağlı bəzi epizodları xatırlamayan Ağacandan hakim soruşub: "Hər gün "Ferrari" alırsan ki, necə aldığım, necə sənədləşdirildiyini bilmirsən?".

Ağacan qısa olaraq belə deyib: "Hə, mənim indi də iki "Ferrari"m var".

Məhkəmə araşdırması davam etdirilir. Təqsirləndirilən Vüqar Babayev deyib ki, ümumilikdə zərərçəkmiş Elmar Heybətova 40 min dollar ödəyib.

İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışı Elmar Heybətovun 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Vüqar Babayev özünü qismən təqsirli bilib. Deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.

Vüqar Babayev deyib ki, eyni binada yaşadığı tanışı ondan "Ferrari" almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Babayev deyib ki, maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.

Sərbəst ifadə verən Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.

O, "Maseratti", "Ferrari", "Mercedes", BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərin sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.

Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub. Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. O bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.

Babayev izahatında yazıb ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.

Məhkəmədə məlum olub ki, Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb. İttihamda göstərilir ki, Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb.

Amma Babayev bununla razılaşmır, deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.

Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib? Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.

O da məlum olub ki, Babayevin xanımı istintaqda ifadə verən zaman deyib ki, evindən əşyalar aparılıb. Onun sözlərinə görə əşyaları Vüqar Babayev aparıb.

Vüqar Babayev bunu ilk dəfədir eşitdiyini deyib. Bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.

Son xəbərlər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031