Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub
Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb.

Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dövlət Gömrük Komitəsinin sədri, Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və digər federasiyaların rəsmiləri izləyiblər.

Görüşlərdən öncə bədii və rəsmi hissə keçirilib. Dövlət Himni səsləndikdən sonra finalçıların paradı olub.

Sonra çıxış edən Sahil Babayev bildirib ki, bu gün Azərbaycan boksçuları üçün əlamətdar gündür. O, regionların ölkə çempionatına çox aktiv qoşulduğunu, 41 komandandan 14-ün bölgələri təmsil etdiyini deyib.

Federasiya prezidenti boksun ölkənin hər bir yerində, xüsusilə regionlarda yayılmasını ana hədəf kimi dəyərləndirib: “Bu il boksçularımız üçün yaddaqalan olub. 22 yaşadək boksçularımız və məktəblilərimiz Avropa çempionatlarında medal sayında rekord vurublar. Aynur Rzayeva dünya çempionatında medal qazanan ilk qadın boksçu kimi tarixə düşüb. Ümumilikdə, beynəlxalq yarışlarda 150-dən çox medal qazanılıb. Onun 14-ü dünya və Avropa çempionatlarında əldə edilib”.

Maddi-texniki bazanın da gücləndirildiyini deyən Sahil Babayev Sumqayıtda Boks Mərkəzinin istifadəyə verildiyini xatırladıb və tezliklə Lənkəranda Regionlar Boks Mərkəzində təmir işlərinin yekunlaşacağını deyib. O, il ərzində məşqçilər üçün seminarlar təşkil edildiyini və hakimlərin beynəlxalq ulduzlarını artırdıqlarını bildirib. S.Babayev əsas hədəfin isə “Paris-2024” Yay Olimpiya Oyunları olduğunu vurğulayıb: “İlk yarışda 2 lisenziya əldə etmişik. Daha 2 təsnifat turnirində vəsiqələrin sayının artacağına inanırıq”.

Gənclər və idman naziri Fərid Qayıbov boksda kifayət qədər uğurların olduğunu deyib. O, Azərbaycan çempionatında iştirakçı sayında rekordun qeydə alınmasını nailiyyət adlandırıb: “Ən böyük uğurumuz isə Olimpiya Oyunlarına qazandığımız lisenziyalardır. İnanıram ki, bu say artacaq və növbəti ildə boksçularımızın uğurlarını izləyəcəyik. Bunun üçün dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyi var”.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Qonaqlar 63,5 kq və 67 kq çəki dərəcələrində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələnib, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

Finallar

48 kiloqram

Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3

51 kiloqram

Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

54 kiloqram

Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

57 kiloqram

Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2

60 kiloqram

Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0

63,5 kiloqram

Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5

67 kiloqram

Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2

71 kiloqram

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kiloqram

Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

80 kiloqram

Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

86 kiloqram

Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kiloqram

Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1

+92 kiloqram

Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar

48 kiloqram

1. Həsən Məlikov (“Neftçi” İK)

2. Tural Sarıyev (“Neftçi” İK)

3. Yusif Soltanov (“Qara papaq” İK)

3. Qardaşxan Həsənov (Ağcabədi)

51 kiloqram

1. Məsud Yusifzadə (BFL)

2. Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK)

3. Yadigar Əliyev (“Səbail” İK)

3. Əli Fətullayev (Şamaxı-Uğur K)

54 kiloqram

1. Amin Məmmədzadə (“Qızıl əlcək” İK)

2. Ruslan Qədirov (MİK)

3. Mirzağa Hüseynli (“Cənub” İK)

3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)

57 kiloqram

1. Şamil Əsgərov (“Neftçi” İK)

2. Ümid Rüstəmov (DİN İC)

3. Kamil Babayev (METE)

3. Emil Quliyev (UGM-13)

60 kiloqram

1. Maqsud Xasmetov (“Neftçi” İK)

2. Elbrus Adıgözəlov (“Qəbələ” İK)

3. Aslan Quliyev (Z-1 İK)

3. Fərid Sadıqov (“Neftçi” İK)

63,5 kiloqram

1. Tayfur Əliyev (MİK)

2. Malik Həsənov (“Neftçi” İK)

3. Heybətulla Hacıəliyev (BFL)

3. Ruslan Rüstəmov (BFL)

67 kiloqram

1. Nəbi İsgəndərov (“Neftçi” İK)

2. Cavid Çələbiyev (“Qızıl əlcək” İK)

3. İlqar Salahov (Qəbələ)

3. Pərviz Quliyev (Ağcabədi)

71 kiloqram

1. Sərxan Əliyev (MİK)

2. Mirşərif Kazımzadə (“Neftçi” İK)

3. Elnur Abdullazadə (“Neftçi” İK)

3. Nicat Məmmədov (“Qızıl əlcək” İK)

75 kiloqram

1. Kamran Şahsuvarlı (“Qəbələ” İK)

2. Rasim Çobanlı (MİK)

3. Elnur Süleymanov (“Neftçi” İK)

3. Novruzəli Quliyev (MİK)

80 kiloqram

1. Fəqan Məmmədov (AzTU)

2. Sərxan Budaqov (“Qızıl əlcək” İK)

3. Devid Oloboye (Naxçıvan MR)

3. Cabbar İsmayılov (Sumqayıt)

86 kiloqram

1. Seyid Seyidov (“Qızıl əlcək” İK)

2. Eldar Quliyev (“Neftçi” İK)

3. Vətən Hüseynli (DİN İC)

3. Tural Useynov (“Neftçi” İK)

92 kiloqram

1. Rauf Rəhimov (“Neftçi” İK)

2. Tural Həsənov (“Qızıl əlcək” İK)

3. Rüfət Nəbiyev (DİN İC)

3. Mirxəyal Məmmədov (Gəncə)

+92 kiloqram

1. Yohanes Nuriyev (MİK)

2. Pərviz Rəsulov (“Zərbə” BK)

3. İsmayıl Yaqubov (“Səbail” İK)

3. İsa Sulxayev (Zaqatala)

Son xəbərlər

Daha bir aktrisa bu seriala çəkiləcək - FOTO

Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı

Prezidentin general rütbəsi verdiyi şəxs bu deputatın qardaşıdır

27. 09.2026-də, saat 11:00-da QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək

İranda bir neçə məmur ÖLDÜRÜLDÜ

Müəllifi: Natella Nur : BU GÜNLƏ BİZ YAŞAYAQ

Pensiyaların indeksasiya mexanizmi ilə bağlı yenilik olacaq

"Borçalı Cəmiyyəti" İB-nin sədri Ramiz Həsənovun təşkilatçılığı və dəstəyi ilə Cəmiyyətin ofisində 27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi - FOTOLAR

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930