ADA Universiteti Mumbaydakı Beynəlxalq Təhsil Sərgisində iştirak edib
ADA Universiteti beynəlmiləşmə istiqamətindəki fəaliyyətinə davam edir. Ötən il Dehlidə baş tutan Beynəlxalq Təhsil Sərgisində iştirak etdikdən sonra bu il ADA Universiteti Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olunub. “St. Regis Mumbai Hotel”də təşkil edilən sərgidə ADA Universiteti Azərbaycanı Finlandiya, Almaniya, İsveçrə, Böyük Britaniya, ABŞ da daxil olmaqla on beş müxtəlif ölkənin 30-a yaxın aparıcı ali təhsil ocağı ilə yanaşı iştirak edib. ADA-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Təhsil Sərgisində iştirak üçün beş mindən çox yerli tələbə, valideyn, təhsil mütəxəssisi qeydiyyatdan keçib.

ADA Universitetinin nümayəndə heyəti – Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva və Tələbə Qəbulu və Qeydiyyatı şöbəsinin əməkdaşı Ləman Hüseynli hindistanlı tələbələr və onların valideynlərinin Azərbaycan universitetinə yüksək marağını qeyd ediblər. Onların sözlərinə görə, Mumbayda hazırda ölkəmizi daha çox turizm məkanı kimi tanıyırlar. Yerli gənclərin Bakıda ADA Universiteti kimi dünya səviyyəli ali təhsil ocağının olması, burada yaradılan şəraitlə tanışlığı onlar üçün gözlənilməz sürpriz oldu. Xüsusilə də, valideynlər övladlarını mədəni oxşarlıqları olan Azərbaycana təhsil almağa göndərməyə meyillidilər. Hazırda ADA-da təklif edilən 15 bakalavr və 10 magistr dərəcəsi arasında Beynəlxalq Təhsil Sərgisi iştirakçıları daha çox İnformasiya Texnologiyaları və Mühəndisliklə bağlı, eləcə də Dövlət İdarəedilməsi ixtisaslarına üstünlük verdiklərini bildirirdilər. Sərgidəki ADA guşəsində hindli tələbələr universitetin xarici tələbələr üçün təklif etdiyi Əlimərdan bəy Topçubaşov adına Beynəlxalq Təqaüd proqramı ilə bağlı kitabçalarla maraqla tanış olur, Hindistanla Azərbaycan arasında açılan birbaşa uçuşlardan bəhrənələrək ölkəni ziyarət etmək istəklərini bildiriblər.

Hindistana səfər çərçivəsində ADA Universitetinin nümayəndə heyəti yerli məktəb və ali təhsil ocaqlarında görüşlər keçirib, Mumbayda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə müzakirələr aparıb.

Son xəbərlər

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930