Ərdoğan: Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bölgədə davamlı sülhü daha da asanlaşdıracaq
Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı bir birinə bağlayacaq nəqliyyat xətlərinin ən yaxın dövrdə təsis edilməsi də xüsusi strateji əhəmiyyət kəsb edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə toplantısında çıxışında deyib.

Qlobal məsələlərə toxunan Ərdoğan enerji və ərzaq məhsullarının qiymətlərinin həddindən artıq artması nəticəsində dünyada yaranan inflyasiyanın son 60-70 ilin ən yüksək həddinə çataraq mövcud problemləri daha da dərinləşdirdiyini deyib.

Bildirilib ki, bu çətinliklərə qarşı effektiv mübarizə yolları axtararkən, dünyada baş verən problemlər, eləcə də İsrail-Fələstin qarşıdurması hər kəsə öz mənfi təsirini göstərir. Türkiyə bu problemin sülh yolu ilə aradan qaldırılması, eləcə də bölgəyə humanitar yardımın çatdırılması üçün intensiv işlər görür. Bu günə qədər Misirin dəstəyi ilə 10 təyyarə vasitəsilə 230 tondan artıq humanitar yardım Qəzzaya göndərilib. Bölgəyə iki mülki humanitar yardım gəmisinin yola salınması üçün hazırlıqlar davam edir. Bu istiqamətdə Əminə xanım Ərdoğanın himayəsi ilə noyabrın 15-də İstanbulda müxtəlif dövlət və hökumətlərin birinci xanımlarının iştirakı ilə beynəlxalq görüş keçiriləcək. Problemin aradan qaldırılması baxımından İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq tutacağımız mövqe çox önəmlidir.

Türkiyənin Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən zərər çəkən vətəndaşlara da yardım əli uzatdığını deyən Prezident Ərdoğan, bu baxımdan 510 tonluq yardım vasitələri daşıyan qatarların Əfqanıstana yola salındığını diqqətə çatdırıb.

İƏT-in fəaliyyətinə toxunan Türkiyə Prezidenti bildirib ki, beş yüz milyonluq əhalisi və 1,5 trilyon ABŞ dolları gəliri ilə İqtisadi Əməkdaşlıq Təşkilatı mühüm mövqeyə sahib qurumdur. Lakin, təşkilat üzvləri arasındakı cəmi 85 milyard dollar olan ticarət dövriyyəsini, ilk növbədə, 100 milyard dollara çatdırmaq üçün səylərin artırılması vacibdir. Ticarətdən enerjiyə, nəqliyyatdan ətraf mühitə qədər əməkdaşlıq potensialı gücləndirilməlidir: “İndi biz 2025-ci il baxış sənədimizin strateji hədəflərindən olan və təəssüf ki, 20 ildir həyata keçirilməyən İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişini qüvvəyə mindirməliyik”.

Qeyd edilib ki, başda TANAP olmaqla son illər həyata keçirilən ciddi enerji infrastrukturu sərmayələri istər Türkiyənin, istərsə də regionun enerji təchizatı təhlükəsizliyinə mühüm töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri olaraq birlikdə atdığımız addımlarla bu sahədə daha böyük rol oynaya bilərik.

Son xəbərlər

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930