Xəbərlər
9.11.2023, 01:47
ŞƏHLA XƏLİLQIZI: Bağlama - FOTO
Bağlama
Başın üstün kədər gəlib kəsəndə,
Bəxt qismətin titrəyəndə əsəndə,
Ömür payın vaxtdın əcəl kəsəndə,
Üsyan edib acısına ağlama,
Demə qədər belə imiş bəxtinə,
Kəm yazılıb qədərin sə təxtinə,
Hərdən ürək incidəndə xətrinə,
Üsyan edib bu fəryadı dağlama,
Can çəkişər yaşamağa can atar,
Əzrailə fərman gələr gəl apar,
Yola düşər zamanında o qatar,
Bu karvanı sən yolundan saxlama.
Fələk əgər harayına yetməsə,
Qəm acısın dərd sinəndən ötməsə,
Göz yaşların çara kimi yetməsə,
Bir kimsəyə dərd söyləyib oxlama.
Şəhla, hali bu dünyanın özündən,
Oxuyarsan hər bir dərdi gözündən,
Ümüd yoxdur alışmayan közündən,
Çarəsizsən heç bir səmtə uğrama,
Qanayanda yaraların bağlama.
Bəxt qismətin titrəyəndə əsəndə,
Ömür payın vaxtdın əcəl kəsəndə,
Üsyan edib acısına ağlama,
Demə qədər belə imiş bəxtinə,
Kəm yazılıb qədərin sə təxtinə,
Hərdən ürək incidəndə xətrinə,
Üsyan edib bu fəryadı dağlama,
Can çəkişər yaşamağa can atar,
Əzrailə fərman gələr gəl apar,
Yola düşər zamanında o qatar,
Bu karvanı sən yolundan saxlama.
Fələk əgər harayına yetməsə,
Qəm acısın dərd sinəndən ötməsə,
Göz yaşların çara kimi yetməsə,
Bir kimsəyə dərd söyləyib oxlama.
Şəhla, hali bu dünyanın özündən,
Oxuyarsan hər bir dərdi gözündən,
Ümüd yoxdur alışmayan közündən,
Çarəsizsən heç bir səmtə uğrama,
Qanayanda yaraların bağlama.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay