Xüsusi təyinatlıların maaşı bu qədər artırıldı

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilib.

Müəyyən edilib ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

Nazirlər Kabineti bir ay müddətində:

bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Prezidentə məlumat verməli;

bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddini müəyyən edib Prezidentə məlumat verməli;

bu Fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Prezidentə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Müdafiə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

Son xəbərlər

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930