Azərbaycan Basketbol Liqası: “Xəzri” klubu ardıcıl ikinci qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında II turun oyunlarına start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turun açılış oyununda “Xəzri” “Gəncə” ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 93:76 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, “Xəzri”nin bu mövsüm ardıcıl ikinci qələbəsi olub.