
Xəbərlər
23.10.2023, 00:39
Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi - FOTO
Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.
Turaztv.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub.
Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib.
Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına “T-72” tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır.
Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














