Meşəli sakini: Hələ 18 yaşında ikən Vaqif Xaçaturyanın işgəncələrinə məruz qalmışam
Hələ 18 yaşım olanda Vaqif Xaçaturyanın işgəncələrinə məruz qalmışam.

Bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov AZƏRTAC-a müsahibəsində deyib.

M.Kazımov fikirlərinə belə davam edib: "Xankəndində sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçaturyan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük xeyri yoxdur, elə Qarabağ bizimdir qışqırır. Bundan sonra Vaqif Xaçaturyan mənə işgəncə verməyə başladı. Axırda biçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.

1991-ci il dekabrında baş verən Meşəli hadisələrindən danışan həmsöhbətim deyib: “O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçaturyan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçaturyanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçaturyandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçaturyan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib".

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930