Milli Məclis sədrinin müavini: Füzulililər doğma evlərindədirlər
Xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində ucaldılan Azərbaycan bayrağı suverenliyimizin bərpa edilməsinin yekun nəticəsi idi. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Dövlət başçısının diplomatiya sahəsində atdığı uğurlu addımlar nəticəsində şəhər və kəndlərimiz bir güllə belə atılmadan düşməndən azad edildi.

Bu ilin sentyabrında 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri suverenliyimizin bərqərar edilməsi ilə yekunlaşdı. Hələ İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısı günahkarların cəzalandırılacağını və törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb ediləcəyini bildirmişdi. Bu gün əli həmvətənlilərimizin qanına batmış dırnaqarası rejimin rəhbərləri məhkəmələrimiz qarşısında törətdikləri cinayətlərə görə cavab verirlər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, tarixi ədalətin bərpa edilərək, Xankəndi şəhərində bayrağımızın ucaldılması həm də tarixi Qələbəmizə kölgə salmağa cəhd edənlərə ən tutarlı cavab idi. Zəfərimizi qəbul edə bilməyən və buna qısqanclıqla yanaşan xaricdə ermənipərəst Fransadırsa, təəssüf ki, daxildə də marjinal müxalifətdir. Tarixi Qələbəmizə dil uzadanlar həm də Vətən yolunda canlarını qurban verən şəhidlərimizin əziz ruhlarını narahat edirlər. Zəfərimizi yarımçıq Qələbə kimi qiymətləndirənlərin, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərin bugünkü susqunluğunun yalnız bir cavabı var: 1991-1993-cü illərdə bu ölkənin başına gətirdiyiniz fəlakətin həll edilməsi üçün 30 il vaxt lazım oldu. Azərbaycan xalqı hakimiyyət uğrunda apardığınız savaş zamanı düşmənin işğalına göz yummağınızı heç zaman unutmayacaq.

Dövlət başçısı 20 il əvvəl xalqa verdiyi sözü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü tam bərpa və suverenliyini bərqərar etdi. İşğaldan azad edilmiş ərazilərdə böyük abadlıq və quruculuq işləri aparılır.

Milli Məclis sədrinin müavini qeyd edib ki, bu gün həm də Füzuli şəhərinin düşmən işğalından azad olunduğu gündür, 3 ildən də qısa müddətdə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuliyə də həyat qayıdıb. 30 il doğma yurd həsrəti çəkmiş məcburi köçkünlər artıq öz evlərindədir. “Füzuli Şəhəri Günü”ndə yurd-yuvalarına qayıtmış füzulililərlə görüşdə dövlət başçısı görülən işlərin uğurla davam etməsindən bəhs edib.

“Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri cərçivəsində Füzuli şəhərində ilk Beynəlxalq Hava Limanı tikilmişdir. Şəhər və kəndlərim təməli qoyulmuş, təhsil, tibbi müəssisələri yaradılmış, vətəndaşların rahat yaşaması üçün bütün infratstruktur qurulmuşdur. Nəzərə alsaq ki, məhz Ermənistan hakimiyyəti işğal altında saxladığı 30 il ərzində bütün rayon və şəhərlərimizi olduğu kimi Füzulini də tam istismar etmiş, daş üzərində daş saxlamayıblar. Mümkün olan bütün vandallıq aktlarını törədiblər.

Bu gün isə Böyük Qayıdış Proqramı uğurla icra edilir və hər kəs doğma yurda dönür. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində və Füzulidə dediyi kimi qələbəmizə görə Vətən övladlarına borcluyuq. Məhz dövlətimizin gücü ilə bərabər qəhrəmanlarımızın cəsarəti və şücaəti bizi tarixi Qələbəmizə apardı”- deyə Adil Əliyev vurğulayıb.

Son xəbərlər

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031