Soyqırımı cinayəti törədən dövlətlər məsuliyyətdən yayınmağa çalışır ŞƏRH
Ermənistan hakimiyyətinin yeganə xilası sülh müqaviləsinin imzalanmasından keçir. Rusiya Federasiyasının iştirakı ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra, təəssüf ki, Ermənistan üç ilə yaxın müddət ərzində sülh müqaviləsini imzalamayıb. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Ermənistanın hələ də müqaviləni imzalamaması Ermənistanın ikili mövqe sərgiləməsini göstərir. Baxmayaraq ki, keçən il beynəlxalq tərəfdaşların iştirakı ilə qəbul edilmiş Bəyanatla hər iki ölkə Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını qeyd etdilər.

Ermənistan həmin bəyannamənin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərəcəyini elan etdi. Lakin sonradan atdığı qıcıqlandırıcı addımlar, səsləndirdikləri fikirlərlə əməlləri arasındakı ciddi uçurumu göstərdi. Təxribatlara son qoyulması barədə edilən çoxsaylı çağırışlar təəssüf ki, nəticəsiz qaldı. Vəziyyət daha da mürəkkəbləşdi, Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi, sentyabrın 9-da qondarma hakimiyyət orqanlarına “seçki” keçirməklə sülhün qarşısında olduqlarını təkrar nümayiş etdirdilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, separatçılar tərəfindən törədilmiş təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu tərəfindən bu il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qısa zaman kəsiyində öz səmərəsini verdi. 24 saatdan da az müddət ərzində separatçılar təslim oldu. Artıq bütün əməliyyatlar başa çatıb və Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyasına nail olunması istiqamətində bütün addımlar atılır. Azərbaycanın dövlət qurumları erməniəsilli vətəndaşların hüquqlarını təmin edir və onların müraciətlərinə baxaraq qısa zaman kəsiyində həll edirlər. İnteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Hökumətinin nümayəndəsi ilə erməni icması arasında görüşlər keçirilib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Ermənistan hələ də sülh müqaviləsinin imzalanması məqsədilə əməli addım atmır. Azərbaycanın iştirak etmədiyi görüşdə iştirak edir, əksinə region üçün vacib olan məsələlərin müzakirəsinə aid Bişkek görüşündə iştirakdan yayınır.

“Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət təbii ki, Fransadır. Məhz Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa, törətdiyi soyqırımların unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir.

Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizi mövcud konyunkturadan kənarda saxlamağa yönəlmiş əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır. Artıq hər kəs əmindir ki, separatçılara bu illər ərzində ən böyük dəstəyi də məhz Fransa verib.

Ermənistan istənilən dövlətin təsirindən asılı olmayaraq, qərarı özü qəbul etməlidir. Bir dövlət olaraq mövcudluğunu davam etdirmək istəyirsə sülh müqaviləsinə imza atmalı və regionda sabitliyin inkişafına töhfəsini verməlidir”, - deyə Adil Əliyev vurğulayıb.

Son xəbərlər

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş - Fotolar

Özünü “şah” elan etmişdi - İndi 100 günə demokratiya vədi verir - Fotolar

NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib

G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığın azaldılması barədə razılığa gəliblər

Super varlılar ilin ilk 10 günündə rekord qırdılar

Valyuta endi, səslər yüksəldi... - Fotolar

ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

50 yaşdan yuxarı qadınlara - Xəbərdarlıq

ŞƏHİD MƏZARINA QAR YAĞAN ZAMAN - FOTO

Zelenski: Rusiya Ukrayna ərazisinə yeni kütləvi hücum hazırlayır

Pezeşkian etirazçıların nümayəndələri ilə görüşdü

Onlar ən yaraşıqlı kişi ulduzlar seçildi - Fotolar

Futbolçular istəklidirlər, özlərinə gəliblər - Qurban Qurbanov

Abşeronun su problemi necə həll ediləcək? - Prezident açıqladı

Medvedevin Trampla Qrenlandiya zarafatı - "Rusiyanın olacaq"

"Wednesday" nə vaxt yayımlanacaq?

Yenidən xəstəxanaya yerləşdirildi

Stokholmda Azərbaycanın zəngin mədəniyyəti haqqında təqdimat olub

İnama arxalan, qalma gümanla - FOTO

Pəhləvi yenə Trampa səsləndi - “Onları tək qoymayın”

İranda 96 saatdır ki, internet yoxdur

Əraqçi britaniyalı həmkarı ilə danışdı

Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək

“Beşiktaş” onu heyətinə qatdı

“Nə qızıl, nə platin, nə də neft...” - Əsas bu ikihərfli söz

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Tramp “Nobel”in sahibi ilə bu tarixdə görüşəcək

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031