Mingəçevir Dövlət Universiteti Türkiyədə keçirilən beynəlxalq konqresdə tərəfdaş olub
Mingəçevir Dövlət Universiteti (MDU) Konyada Beyşehirdə Səlcuq Universiteti Beyşehir Ali Akkanat Turizm fakültəsinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə (1st Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress – ILTC 2023) tərəfdaşlıq edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, turizm sahəsində tanınmış adları, nüfuzlu alimləri, peşəkarları və maraqlı tərəfləri bir araya gətirən ILTC 2023 turizm, göl turizmi, davamlılıq həlləri, rəqəmsal transformasiya və gələcək tendensiyalarla bağlı digər bir çox aktual mövzuları əhatə edib.

Konqresin sədri, Beyşehir Ali Akkanat Turizm fakültəsinin dekanı professor Abdullah Karamanın açılış nitqi ilə başlayan bu mötəbər tədbirdə Massaçusets Universitetindən professor Müzəffər Uysal, Türk-Alman Universitetindən professor Ruhet Genç, Əbu-Dabi Qadın Kollecinin Ali Texnologiyalar Kollecindən Katia İankova, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müşaviri Hayri Çavuşoğlu əsas məruzəçi qismində çıxış ediblər. Məruzələrdə turizm sənayesinin yeni trendlərindən, turizmin inkişafında dövlətin və ictimaiyyətin rolundan, göllərin destinasiya olaraq əhəmiyyətindən və göl turizminin perspektivlərindən bəhs olunub.

Bundan əlavə, ILTC 2023 çərçivəsində Türkiyədə ilk dəfə olaraq “Bələdiyyə Başçılarının Xüsusi Sessiyası” da baş tutub.

Sessiyada Konyanın Beyşehir Bələdiyyə başçısı Adil Bayındır, Uzundərə Bələdiyyə başçısı Hilmi Aktoprak, Ahlat Bələdiyyə başçısı Abdulalim Mümtaz Çoban və Ermenek Bələdiyyə başçısı Mustafa Bozcu çıxış edərək bölgədə göl turizminin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Sonra Konqres işini panel sessiyalarda çıxışlar və müzakirələrlə davam etdirib.

Konqres çərçivəsində, həmçinin sərgi və tur proqramı təşkil olunub.

Qeyd edək ki, Konqresin materiallarının toplusundan ibarət kitab dərc edilərək saytda yerləşdirilib. MDU əməkdaşlarından Aysel Qocayevanın “Mingəçevir şəhərinin rekreasiya-turizm zonası kimi fəaliyyət göstərməsində Mingəçevir su anbarının rolu”, Lalə Əhmədovanın “Ağgöl və Göygöl Milli Parklarının turizm potensialının qiymətləndirilməsi”, Vüqar Mustafayev, Günel Kərimli və Leyla İsmayılzadənin “Qastronomiya turizmi: bu gün və sabah” və Dinara İslamovanın həmmüəlliflik etdiyi “Səyahət agentliklərində süni intellektin tətbiqi ilə neyron agent modelinin qurulması” adlı məqalələri də kitabda yer alıb.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930