2026-cı ilədək ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rəqəmsal radio yayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.

Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.

2019-cu il avqustun 26-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.

Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizinin və 2027-ci ildə ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Bu prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.

Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.

Eyni zamanda, Sərəncamda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930