Ayxan Hacızadə Ermənistan XİN tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verib
Ermənistan tərəfi öz məkrli siyasətlərini davam etdirmək məqsədilə, növbəti dəfə bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu bəyanatlar yaymaqdadır. Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın suveren ərazisində təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsini qanunsuz adlandırmaqla yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28 avqust tarixində saxlanılan üç nəfər Ermənistan vətəndaşının qaçırıldığı iddiası yayması bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli bəyanatına dair şərhində yer alıb.

XİN-in rəsmisinin şərhində deyilir: “Bununla, guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə onlarla mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir. Qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir. Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, həm bu ərazilərdən, həm də indiki Ermənistan ərazisindən azərbaycanlıları qovan və etnik təmizləmə həyata keçirən, hal-hazırda da bütün öhdəliklərinə zidd olaraq Azərbaycan ərazisində silahlı qüvvələrini tam olaraq çıxarmayan, separatçılığı təşviq edən Ermənistanın Azərbaycanı təcavüzdə təqsirləndirməsindən daha absurd bir fikrə rast gəlmək qeyri-mümkündür. Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, onun tərəfindən bölgədə irəlilədilən təcavüz siyasətinin heç bir əməli nəticəsi olmayacaq və Azərbaycanın sülhün bərqərar olması təşəbbüslərinə dəstək verilməsi Ermənistan üçün daha faydalı olardı”.

Son xəbərlər

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031