Yanan bazarlarda daşınmaz əmlakı olanlarla şad xəbər
“Sığortalamadığınız daşınmaz əmlakınız yanarsa, həmin əmlakınızın dəyərinin 20 faizə qədərinədək dövlətdən kompensasiya ala bilərsiniz”.

Bizimyol.info xəbər verir ki, bu barədə sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib.

Ekspert deyib ki, “İcbari sığortalar haqqında” qanuna görə hər bir əmlak mütləq şəkildə sığortalanmalıdır: “Sığorta etməyən vəzifəli şəxs 80 manat məbləğində cərimələnir, fiziki şəxs öz evini sığortalamırsa 30 manat cərimələnir. Hüquqi şəxs öz əmlakını sığortalamırsa 200 manat cərimələnir. Və dövlət də burada hansı sığortasız ev varsa və sığorta hadisəsi baş verirsə bu zaman həmin əmlakları Fövqəladə komissiyanın qərarı ilə qiymətləndirmə keçirilir və qərar qəbul edilə bilər ki, dəymiş zərərin 20 faizə qədərinədək dövlət kompensasiya verə bilər”.

Ekspertin sözlərinə görə, icbarilik anlayışının ümumi mahiyyəti budur ki, kənarda heç bir sığortalanmamış daşınmaz əmlak qalmamalıdır: “Qalırsa demək kimsə cəzalanmalıdır. Fərqi yoxdur ya vəzifəli şəxs ya əmlak sahibi. Əgər gözdən qaçmış sığortalanmamış ev qalırsa bu zaman dəyən ziyanın 20 faizə qədərini dövlət qarşılaya bilər. Lakin bu tələb praktikada həyata keçirilmir. Mexanizm və tətbiq hələki açıq qalır”.

Qeyd edək ki, İcbari sığortalar haqqında” qanunun 41.2-ci maddəsinə əsasən şəxs mülkiyyətində və (və ya) sahibliyində olan bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlakını sığorta etdirmək vəzifəsini yerinə yetirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət vəsaiti hesabına kompensasiya verilməsi barədə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qərar verildiyi halda, ödənilə biləcək belə kompensasiyanın məbləği zərər məbləğinin 20 faizdən artıq ola bilməz.

Son xəbərlər

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031