DİQQƏT! "Kupça" ilə bağlı VACİB 5 suala - cavab

"Kupça" ilə bağlı vətəndaşların verdiyi bir neçə sual var.


Metbuat.az Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən 5 vacib sualın cavabını təqdim edir.
1) Bina evində mövcud olan mənzilin dövlət reyestrindən çıxarışı var, lakin texniki pasportu itib. Texniki pasportu yenidən çıxarmaq uçun nə edilməlidir və bunla bağlı dövlət rüsumu nə qədərdir?


Cavab: Texniki pasportun dublikatını almaq üçün ərizə və dövlət rüsumunun ödənilməsi barədə sənəd Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.


2) Həyət evini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldırmaq üçün tələb edilən prosedurlar nələrdir?


Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməlidir:


- ərizə


- əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər


- əgər ev alqı-satqı qaydasında əldə edilibsə, notariat qaydasında təsdiq edilmiş əqd (məsələn, alqı-satqı müqaviləsi)


- evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə və ya qanuni istifadədə olduğunu təsdiq edən sənədlər


- dövlət rüsumunun ödənilməsi barədə sənəd


- şəxsiyyəti təsdiq edən sənəd.


3) Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etdilməlidir?
Cavab: mənzilin özəlləşdirilməsi üçün "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:


- mənzil sahəsinin orderi;


- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);


- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).


Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.


4) Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etməliyəm?
Cavab: mənzilin özəlləşdirilməsi üçün "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:


- mənzil sahəsinin orderi;


- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);


- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).


Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.


5) Yaşadığım ev üçün "kupça" sənədini (əmlak üzərində mülkiyyətin qeydiyatına dair çıxarışı) necə ala bilərəm?
Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır:


ərizə


evin qanuni əsaslarla Sizin tərəfinizdən əldə olunmasını təsdiq edən sənədlər


əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər


evin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənədlər


dövlət rüsumunun ödənilməsi barədə sənəd (dövlət rüsumu ilə yanaşı, "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə xidmət haqlarının da ödənilməsi nəzərdə tutulmuşdur)


şəxsiyyətinizi təsdiq edən sənəd (Sizin adınızdan başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir).

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930