Qeyri-sabit hava şəraitinə görə zərər çəkən təsərrüfatlara kompensasiya veriləcək
Aqrar Sığorta Fondu (ASF) son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə Fonda məlumat verməyə çağırıb.

ASF-dən AZƏRTAC-a bildirilib ki, iyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağan güclü yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu yağması halları qeydə alınıb.

Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyun ayında 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyun ayında 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir.

İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.

Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.

Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır.

Müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və Fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.

“Hazırda Fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar”, - deyə Fonddan bildirilib.

Aqrar Sığorta Fondu bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizini, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.

Son xəbərlər

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930