Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri, komissiyanın sədri Sahil Babayev, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, ASK-nın sədri Məmməd Musayev, komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, S.Babayev son illər ölkəmizdə aparılan sosial islahatları, habelə əməkhaqqı islahatlarını qeyd edib. O, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişiklikləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2023-cü il 23 may tarixli Fərmanına əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılmaqda olan Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində idarəetmənin təkmilləşməsinə xidmət edəcəyi, bu Mərkəzin işçi və işəgötürənlər üçün verəcəyi faydalar qeyd olunub.

Sosial islahatlar, həmçinin əmək və sosial müdafiə üzrə qanunvericiliyin təkmilləşdirilməsi prosesində, Beynəlxalq Əmək Təşkilatı konvensiyalarının, eləcə də son illər “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyanın ratifikasiyasında AHİK və ASK ilə sosial tərəfdaşlıqda, Üçtərəfli Komissiya platformasında görülən birgə işlərin əhəmiyyəti vurğulanıb.

Komissiyanın iclasında əmək və sosial sığorta qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı yeni layihə və təkliflər müzakirə olunub. Habelə uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, müəssisələrdə məskunlaşan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması prosesində sosial tərəfdaşların fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində işəgötürənlər və işçilər üçün maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfdaş qurumlarla birgə tədbirləri diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdəki iş yerlərində də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirildiyi, iştirakçılara müvafiq mövzularda Xidmət tərəfindən hazırlanmış təlimat xarakterli bukletlər paylandığı qeyd olunub.

İclasda Üçtərəfli Komissiyanın 2023-cü il üçün İş Planı da təsdiq edilib.

Son xəbərlər

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031