Günün qoroskopu: Təlaşa qapılmayın


Qoç - günün ilk yarısı sakit keçəcək. Mühüm sayıla biləcək hadisələr yaşanmayacaq. İşgüzar aktivliyi ifrata çatdırmayın. Cari məsələlərin, rutin problemlərin həlli ilə məşğul ola bilərsiniz. Yaxın gələcəklə bağlı planların müzakirəsi üçün münasib zaman deyil.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanla məhsuldar əməkdaşlıq məsələlərini təhlil etməyin.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Maliyyə fonu uğurludur. Uğurlu anlaşma, alış-veriş mümkündür. Maraqlı tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar arasındakı ağıllı şəxslərdən yaxşı məsləhətlər ala bilərsiniz.

Buğa - günün ilk yarısı gərgin zamandır. Yaşananlar ehtiyatlı və sərvaxt davranış tələb edir. Münaqişələr adi günlərlə müqayisədə daha sürətlə, intensiv yarana bilər. Yaxın ətrafınızdakı adamlardan birinin mənfi təsiri altına düşərək səhvlərə yol verməyin.

Alış-veriş, investisiyalar, maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil.

Günün ikinci yarısı nisbətən sakit olacaq. Vəziyyət stabilləşəcək. İşgüzar məsələləri və şəxsi problemləri daha sürətlə həll etmək olar.

Axşam saatlarında dəvət aldığınız tədbirə yollanmayın. Ailə üzvləri ilə birgə istirahətə üstünlük verin.

Əkizlər - çətinliklər istisna deyil. Narahat olmayın, problemlərin öhdəsindən gələ biləcəksiniz. Anlaşma, sövdələşmə, müqavilə üçün pis gün deyil. Uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsinə yönəlmiş addımlar atmaq olar. Rəğbət bəslədiyiniz insanların diqqətini asanlıqla cəlb edə bilərsiniz.

Günün ikinci yarısında imiclə eksperimentlər pis olmayacaq. Amma ekstravaqant görünmək istəklərində məntiqli olun.

Axşam saatları dostlarla görüş və romantik təmaslar üçün əlverişlidir. Yaşam potensialının səviyyəsi yüksəkdir. Özünüzü pis hiss etməyəcəksiniz.

Xərçəng - günün ilk yarısında yardımlara və ya uğura bel bağlamayın. Çətinliklərin öhdəsindən gələcəksiniz - amma bunun üçün səy göstərmək lazımdır. Peşəkar fəaliyyət müstəvisindəki problemlərin sayını artırmayın. Aktiv, zəhmətkeş, qətiyyətli olun.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri daha da güclənəcək. Maliyyə durumunuzu daha da yaxşılaşdıra bilərsiniz. Dəvət aldığınız tədbirə qatılın.

Axşam saatları şəxsi münasibətlər baxımından neytraldır.

Şir - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Anlaşmalar və sövdələşmələr gəlir verəcək.

Alış-veriş etmək, daşınmaz əmlak və ya nəqliyyat vasitələri almaq olar. Səyahət, səfər üçün gərəkli ləvazimatı almağı unutmayın.

Günün ikinci yarısında darıxmayacaqsınız. Maraqlı işlər az deyil. Təhsil, bilik və informasiyanın artırılması, sınaqdan çıxmaq üçün yaxşı zamandır.

Qız - mühüm saydığınız işlərlə günün ilk yarısında məşğul olun. Önəmli məqamları təxirə salmayın. Əsas məsələləri ikinci dərəcəli nüanslardan ayırın. Cari işlərlə məşğul olmaqla yanaşı, perspektivə hesablanmış ünsürləri də unutmayın. İşdə nüfuzunuz artır. Həmkarlarınızla yanaşı, rəhbərlik də sizi dinləməyə hazırdır.

Günün ikinci yarısı yeni tanışlıqlar, işgüzar münasibətlərdə dəyişikliklər üçün münasib zamandır. Yaşamınızda nəyisə köklü şəkildə dəyişə bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli saydığınız vasitələrdən istifadə edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətiniz üçün ciddi təhlükə yoxdur.

Tərəzi - mürəkkəb, qarışıq gündür. Diqqət mərkəzində olmamağa, kölgədə qalmağa çalışın. Mərkəzdə olmaq xeyirli deyil. İşdə həmkarlar və rəhbərliklə mübahisələr istisna deyil. İşgüzar mühit pisdir. Yeni iş yeri axtarışları barədə düşünə bilərsiniz.

Ancaq hisslərə qapılaraq qərar verməyin. İşdəki bütün nüansları ürəyinizə salmayın, problemləri olduqlarından böyük saymayın.

Günün ikinci yarısında əks cins mənsubları ilə mübahisə etməyin. Ciddi münasibətlər üçün əlverişli gün deyil. Diskussiyalar aqressiv olmamalıdır.

Əqrəb - yaxın ətrafınızdakı insanlarla dil tapın. Heç bir səbəb olmadan münaqişələr yaratmayın. Peşəkar fəaliyyət müstəvisindəki problemlərin öhdəsindən gəlmək üçün aktiv çalışın. Bu günədək yalnız arzuladığınız təkliflər ala bilərsiniz.

Gəlir mənbəyi olduğunu düşündüyünüz ideyanı təxirə salmadan reallaşdırmağa başlayın.

Nə qədər aktiv olsanız, bir o qədər yaxşıdır.

Günün ikinci yarısı yeni işə başlamaq, yeni işgüzar münasibətlərin təməlini qoymaq üçün əlverişlidir. Şəxsi münasibətlərdə etibar etdiyiniz insanlarla sıx ünsiyyətdə olun. Planda olmayan səfərlər, qəfil gəlirlər istisna deyil.

Oxatan - günün ilk yarısı çətin olacaq. Evdə və işdə xoşagəlməz situasiyalar, mübahisələr istsina deyil. Mənfi təmayüllərin təsiri uzun müddət davam etməyəcək. İşləri qaydaya salmağın yollarını tapın.

Xəyalpərəstlik edərək aktiv fəaliyyətdə süstləşməyin. Adi günlərlə müqayisədə təxirə salınan işlərin sayını artırmayın. Səhhətinizə fikir verin. Bir qədər istirahət etmək mümkündür.

Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. İntuisiya kəskinləşəcək. Axşam saatlarında yeni ideyalar yarana bilər.

Oğlaq - işgüzar tərəfdaşlarla ünsiyyət və uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Yeni biznes layihələrin həyata keçirilməsinə başlamaq olar. İdeyalarınızın bəzilərinə özünüzdən savayı kimsə inanmasa da, qətiyyətli olun. Qüvvənizə və perspektivlərinizə inanın.

Adi günlərdən fərqli olaraq bü gün bir sıra çətinliklərin öhdəsindən sürətlə gələcəksiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Təşəbbüskar olun. İlk və qətiyyətli addımı atmağa tərəddüd edirsinizsə, astagəl olmayın. Hadisələr sürətlə inkişaf edir. Olaylardan geri qalmayın.

Dolça - çətinliklər və kiçik problemlərdən xali olmayan gündür. Təlaşa qapılmayın. Problemləri sıralayın və ilk əvvəl ən ciddi çətinliyi aradan qaldırmağa çalışın. Emosiyalarınıza uymayın. Qısa müddətdə maksimal dəyişikliklərə nail olmağın yolları ilə vasitələrini arayın. Qərarlarınız orijinal, addımlarınız gözlənilməz olarsa, sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında paradoksal ideyaları dərhal rədd etməyin. Saatlar keçdikcə yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməməsi üçün profilaktiki tədbirlərə əl atın.

Axşam saatlarında xoş xəbər alacaqsınız.

Balıqlar - bədxahlar və düşmənlərin qarşısından geri çəkilməyin. Onların planlarını alt-üst etməyə, mövqelərinizi qorumağa çalışın. Müttəfiqlərlə həmfikirlərin sayları arta bilər. Uğurları sizinlə paylaşmaq istəyənlərin sayı az deyil.

Gəlirlərin məbləği əhəmiyyətli olacaq. Amma təmkinli davranın, pullar sizi yanıltmasın.

Günün ikinci yarısında dostlarla fikir ayrılığı yarana bilər. Lider məziyyətlərinizi tam aşkar etməyə, zərurət olmayan zamanda və yerdə göstərişlər verməyə çalışmayın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Milli.Az

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930