Xəbərlər
13.06.2023, 01:29
Konqoda düşərgəyə silahlı hücum zamanı 46 nəfər öldürülüb
Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün salınmış düşərgəyə silahlı hücum olub.
AZƏRTAC "Haber Global"a istinadla xəbər verir ki, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər öldürülüb.
Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.
Düşərgənin Birləşmiş Millətlər Təşkilatının Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay