Xəbərlər
15.05.2023, 01:51
“Barselona” klubu İspaniya çempionu olub
“Barselona” futbol klubu İspaniya çempionu olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın bitməsinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espaniol”u 4:2 hesabı məğlub edərək xallarının sayını 85-ə çatdırıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Real Madrid”in hesabında 71 xal var.
“Barselona” klubunun yarımmüdafiəçisi Serxio Buskets Kataloniya təmsilçisinin heyətində 32-ci titulunu qazanıb. Futbolçu 9 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və Superkubok yarışlarının qalibi olub. Üç dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında baş mükafata sahib olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay