Xəbərlər
14.05.2023, 00:16
Ukraynada metro stansiyasında boks turniri təşkil edilib
Ukrayna-Rusiya müharibəsinin davam etdiyi Ukraynanın Xarkov şəhərində təhlükəsizlik məqsədilə metro stansiyasında boks turniri keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynada müharibədən ən çox zərər çəkən şəhərlərdən biri olan Xarkovda “Xarkov müdafiə qəhrəmanları” mövzusunda boks turnirinin açılışı olub.
Turnirdə Boks üzrə Ukrayna Milli Komandasının və Xarkov Boks Komandasının idmançıları iştirak ediblər.
Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib. O, Xarkov vilayətini müdafiə edən əsgərlərin şərəfinə təşkil olunan turnirə vətəndaşların böyük maraq göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda bəzi insanlar təhlükəsizlik səbəbindən metro stansiyalarında qalmaqda davam edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay