Hansı bürclərin dostluğu daha möhkəm olur?
“Astrologiya Məktəbi”nin yaradıcısı İnna Lyubimova Zodiak işarələrinə əsasən ən yaxşı dost olan bürcləri açıqlayıb.

Astroloqun sözlərinə görə, bir insanın doğuş cədvəli qiymətli məlumatların anbarıdır və bu tarixə əsasən onun haqqında üstünlüklərindən, istəklərindən və dəyərlərindən tutmuş zəif nöqtələri və vərdişlərinə qədər hər şeyi söyləmək mümkündür. Astroloq hesab edir ki, ulduz falına əsasən həm aşiq olduğunuz insanla uyğunluğunuzu ölçə, həm də sadiq dostlarınızı tapa bilərsiniz. Uyğunluq ulduz falının fərdi aspektlərinə görə hesablanır, lakin hər kəsin istifadə edə biləcəyi bir sirr var. Sizinlə eyni ünsürdən olan bir insanla güclü dostluq münasibətləri qurmaq ehtimalınız daha yüksəkdir.

Qoç, Şir, Oxatan

Son dərəcə coşğun xasiyyətinə görə, üçü də alov elementinin nümayəndələridir. Onlar enerjiləri ilə hücum edərlər, cəsarətləriylə heyrətə gətirirlər və güclü xarakterləri ilə öyünürlər. Belə bir rəfiqə ilə həm karaokeyə, həm də döyüşə gedə bilərsiniz. Təbii ki, bu insanlara özləri kimi kariyerist insanlarla dostluq etmək daha maraqlıdır. Kimsə Şir bürcünün qürurunu incitsə Qoç hər zaman onun müdafiəsinə qalxacaq və istənilən vaxt çətinliyə düşən dostunun köməyinə gələcək. Şənlikləri və parlaq səyahətləri sevən Oxatanlar da bu tandemə mükəmməl uyğunlaşacaqlar. Şir və Qoçla onlar heç vaxt darıxmayacaqlar.

Buğa, Qız, Oğlaq


Melanxolik xüsusiyyətlər Buğa, Qız və Oğlaqları birləşdirir. Bu bürcün qız nümayəndələri həmişə ayıq düşünür və hər addımlarını əvvəlcədən hesablayırlar. Onlar xəyanəti bağışlamırlar və sərf etdikləri vaxta görə peşman olmadan həmin insanları həyatlarından siləcəklər. Torpaq elementinin insanları üçün bir-biri ilə ümumi dil tapmaq həmişə daha asandır, ən azından onların hər biri maddi şeyləri və sabit münasibətləri yüksək qiymətləndirirlər. Emosional “partlayışlar” onlara görə deyil.

Əkizlər, Tərəzi, Dolça


Hava ünsürləri təmiz sanqvinikdir. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. Onlar öz əməllərində və qərarlarında çevikdirlər, istənilən dəyişikliyə və şəraitə dərhal uyğunlaşırlar. Bürclərin heç də hamısı Əkizlər, Tərəzi və Dolça ilə yaxşı yola gedə bilmir. Ancaq digər tərəfdən, bu üçlük bir-birinin əhatəsində rahatdır. Onları ümumi ideallar, ünsiyyət və sönməz nikbinlik birləşdirir. Adətən məclisdən sonra hamı otaqlara səpələnib yatmağa gedəndə, bu üçü səhərə qədər mətbəxdə oturub bir-biri ilə parlaq fikirlər bölüşürlər. Əkizlər Tərəzi bürcünün sonsuz hekayələrini dinləməkdən yorulmayacaq və həmişə Dolça bürcünə yaradıcılıq işlərində dəstək olacaq.

Xərçəng, Əqrəb, Balıq


Xərçənglər, Əqrəblər və Balıqlar flegmatik təbiətə malikdirlər. Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Onlar empatik və təsir edicidir, həm də hadisələri ürəklərinə çox yaxın buraxırlar. Su ünsürləri üçün “soyuq” Oğlaqlar və ya ehtiyatlı Qızlarla dostluq etmək asan olmayacaq, lakin onlar həmişə bir-birləri ilə ümumi dil tapacaqlar. Əqrəb müsahibədən keçməyən Xərçəng rəfiqəsinə özünə inanmasına hər zaman kömək edəcək, diqqətsiz və xəyalpərəst Balıqları isə doğru yola yönəldəcəklər. (publika)

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31