Turaztv.az » Xəbərlər » “Sabah” Azərbaycan Basketbol Liqasının finalında
Xəbərlər

“Sabah” Azərbaycan Basketbol Liqasının finalında

10.05.2023, 00:50 414
“Sabah” Azərbaycan Basketbol Liqasının finalında
"Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "AAAF Xırdalan" və "Sabah" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin mübarizə şəraitində davam edən oyunun yekununda "Sabah” basketbolçuları 83-77 hesablı qələbəyə seviniblər.

Bu qələbə ilə "Sabah" yarımfinal seriyasını 2-0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Deymon Makdouel - 34 xal, 4 ribaund), "Sabah BK" (Entoni Patti - 25 xal, 7 ribaund).

Oxşar xəbərlər