“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
"Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub.

"Turaztv.az" xəbər verir ki, Bakı Su İdman Sarayının yaxınlığında təşkil olunan bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının rəhbəri Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən rəsmi şəxslər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Daha sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medal və mükafatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Vüqar Əhmədov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Tomas Koneçko, Jan Zunqrana, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, qardaş ölkənin Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk və digər rəsmi şəxslər təqdim ediblər.

Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası da olub.

Qeyd edək ki, beynəlxalq reqatanın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilib.
“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub

Son xəbərlər

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930