"Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Milli Məclis


Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir”.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisi Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında deyilir.

Qeyd edilib ki, Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.

"Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.

Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.

Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.

Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - açıqlamada deyilir.

Son xəbərlər

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Prezident qəbul keçirdi - Fotolar

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb: Nələr dəyişəcək?

Ofeliya Sənani xəstəxanalıq oldu

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

COVID-19 geri qayıdır? - Bu bölgədə aşkarlandı

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Bakıdan rayonlara axın başlayır? - Yayılan siyahı təəccüb doğurdu

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib

Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031