Turaztv.az » Xəbərlər » Qobustanda maşın aşdı, sürücü öldü
Xəbərlər

Qobustanda maşın aşdı, sürücü öldü

24.04.2023, 11:03 449
Qobustanda maşın aşdı, sürücü öldü

Qobustanda avtomobil çökəkliyə aşıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən 61.1-ci kilometrində 1978-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Həsənov Fərman Mənaf oğlunun idarə etdiyi "Mercedes Benz 240" markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb.


Nəticədə sürücü F.Həsənov aldığı xəsarətlərdən ölüb.

Oxşar xəbərlər