Xəbərlər
16.04.2023, 09:52
BMT Təhlükəsizlik Şurası Sudanda münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudandakı münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa və dialoqa qayıtmağa çağırıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə təşkilatın müvafiq bəyanatında deyilir.
Təhlükəsizlik Şurasının üzvləri Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən hərbi toqquşmalardan dərin narahat olduqlarını və mülki əhali də daxil olmaqla insanların həlak olması və yaralanmasından təəssüfləndiklərini bildiriblər.
Qeyd edək ki, Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay