Turaztv.az » Xəbərlər » Namiq Zülfüqarova ağır itki üz verib - FOTO
Xəbərlər

Namiq Zülfüqarova ağır itki üz verib - FOTO

14.04.2023, 21:40 624
Namiq Zülfüqarova ağır itki üz verib - FOTO
"Ədalət və Həqiqət" qəzetinin əməkdaşı Zülfüqarov Namiq İmran oğluna ağır itki üz verib. Belə ki, Namiq Zülfüqarovun Ağsu rayonunun Kalva kəndində yaşayan qardaşı Fəxri 55 yaşında dünyasını dəyişib. Kollektivimiz və dostlar adından Zülfüqarovlar ailəsinə başda Namiq qardaşımız olmaqla ailəsinə,övladlarına və yaxınlarına Fəxrinin vəfatından kədərləndiklərimizi bildirir və dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin ruhu şad olsun.Amin!

Namiq Zülfüqarova ağır itki üz verib - FOTO

QARDAŞ


Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdi qardaş.

Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.

Ata ocağının gur işığıdır.
Atadan sonraki Atandı qardaş.
Bacının ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş..

Övladın yoxdursa o övlad olar.
Ogul tək arxanda durandı qardaş.
Müqəddəs ocağın ,and yerindi o
Özünü od-közə vürandı qardaş.

Həyat işıgındır görən gözündür.
Düşünən beynindir, əlindi qardaş.
Dünyasın dəyişib səni tərk etsə .
Qəlbini göynədən qəmindi qardaş.

Qardaşında pisi,yaxşıları var.
Canında can olan canındı qardaş
Yaxşısıda olsa pisidə olsa.
Damarında axan qanındı qardaş.


Müəllif: Arzu Muzəffər Qizi Nuri

Namiq Zülfüqarova ağır itki üz verib - FOTO

Oxşar xəbərlər