Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO

12.04.2023, 00:29 527
QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO
QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ

Min yol qarşılaşmışıq, işgəncəylə, zülmlə,
Sıxılıb zamanların ağır məngənəsində.
Qorxutmaq olmaz bizi nə hədə, nə ölmlə,
Doğulub - böyümüşük qılınc, nərə səsində.

Başımızdan getməyib qara bulud heç zaman,
Məhv edilib kənd - şəhər, ellər - obalar yanıb.
Düşmən namıərd olubdur, qansız olubdur yaman.
Anaların naləsi qalxıb, ərşə dayanıb.

Döyüşmüşük düşmənlə sir kimi, aslan kimi,
Hər qızımız, oğlumuz iğid, cəngavər olub.
Baş əyməyib düşmənə yaşamışıq xan kimi,
Yaşamışıq pəhləvan, qorxmaz , cəsur, ər olub.

İndi də sarıb düşmən yurdumun sağ - solunu,
Qəhrəman ogullarım bu gün də döyüşdədir.
Kimsə kəsə bilməz ki, ordumuzun yolunu,
Azadlıq əsgərləri bu gün də yürüşdədir.

Nə təxribat, nə tələ qorxuda bilməz bizi,
Min - min düşmən birləşib, üstümüzə gəlsə də .
Qanımızla qoruyub bu şanlı ölkəmizi,
Vermərik bir qarışın, son nəfəri ölsə də...

QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO

QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO
QIZBƏS QƏBƏLƏ: QORXUTMAQ OLMAZ BİZİ NƏ HƏDƏ, NƏ ÖLMLƏ - FOTO

Oxşar xəbərlər