Turaztv.az » Xəbərlər » Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub
Xəbərlər

Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub

09.04.2023, 01:00 443
Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-Pri turnirində gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, təmsilçimiz çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparır.

Yarışa aprelin 9-da yekun vurulacaq.

Oxşar xəbərlər