Xəbərlər
8.04.2023, 23:32
“Məğrib Ərəb Press” agentliyinin baş direktoru uzun sürən xəstəlikdən sonra vəfat edib
Mərakeş Krallığının “Məğrib Ərəb Press” (MAP) agentliyinin baş direktoru Xəlil Haşimi İdrisi uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İdrisi 1956-cı il avqustun 14-də Kasablankada anadan olub. Uzun illər kütləvi informasiya vasitələrinin və kommunikasiyaların inkişafı sahəsində çalışıb. O, krallıqda məşhur olan həftəlik “Maroc Hebdo İnternational” jurnalının, daha sonra fransız dilində çıxan “Aujourd'hui le Maroc” qəzetinin baş redaktoru olub.
2008-ci ildə Mərakeş Qəzet Naşirləri Federasiyasının sədri seçilən Xəlil Haşimi İdrisi, 2011-ci ildə isə MAP-ın baş direktoru təyin edilmişdi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay