Turaztv.az » Xəbərlər » Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var
Xəbərlər

Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var

07.04.2023, 01:39 488
Floridada təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-nin Florida ştatının sahilində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, təyyarə hava limanından qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla dörd nəfərin cəsədi aşkar edilib. Təyyarənin qalıqları təxminən 7 metr dərinlikdə tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər