Turaztv.az » Xəbərlər » Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
Xəbərlər

Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

06.04.2023, 17:19 429
Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Oxşar xəbərlər