Türkiyə Prezidenti TDT-nin Ankara Zirvə görüşünün yekunlarına dair brifinq keçirib
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunlarına dair yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.

Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

“Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən və ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular. Təşkilatın üzvləri axtarış-xilasetmə işlərindən tutmuş səhiyyə xidmətlərinə və humanitar yardıma qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız istər maliyyə, istərsə də maddi yardımlar edərək, millətimizin ehtiyacını ödəmək üçün can-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ilə yaralarımızın sağalmasına dəstək verdilər. Göndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dost və qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Dövlət başçısı bildirib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Əminik ki, fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.

Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir”.

Türkiyə Prezidenti Ankara Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Azərbaycana, Türk Dövlətləri Təşkilatının hazırkı sədri Özbəkistana, həmçinin bütün iştirakçı dövlətlərə və nümayəndə heyətlərinə bir daha təşəkkür edib.

Son xəbərlər

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031