NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib
ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) bəşəriyyətin uzun fasilədən sonra Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib.Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat verilib.

Yeni dizayn Ayın səthində elmi eksperimentlər aparacaq astronavtlara dəstək olmaq üçün xüsusi keyfiyyətlərə malikdir. Prototipin qadın kosmos səyahətçiləri üçün daha uyğun olduğu bildirilir. NASA yenilənmiş kostyumun 2025-ci ildə Aya göndəriləcək “Artemida III” missiyası üçün hazır olacağına ümid edir. ABŞ-nin kosmos səyahətçilərinin mövcud skafandrları 1981-ci ildən bəri tamamilə yenidən dizayn edilməyib və bu səbəbdən Yerin süni peyki üçün etibarlı deyil.

NASA bəşəriyyətin 50 illik fasilədən sonra Aya qayıdacağını elan edərkən, bu missiyanın tərkibində ilk qadının olacağını vəd edib. Lakin qadın astronavtların kosmosa göndərilməsi ilə bağlı əvvəlki planlar onların ölçüsündə skafandrların olmaması səbəbindən həyata keçirilə bilməyib. Həddindən artıq yorğunluğun və ən pis halda fiziki zərərin qarşısını almaq üçün daha rahat skafandrın olması lazım idi. 2021-ci ildə NASA kosmosa gəzintini tamamlamaq üçün Beynəlxalq Kosmik Stansiyaya tamamilə qadın astronavtlardan ibarət komanda göndərməyi planlaşdırmışdı. Ancaq Enn MakKleyn və Kristina Koçun kosmosa göndərilməsinə bir neçə gün qalmış hər iki qadın üçün düzgün ölçüdə skafandrların olmadığı ortaya çıxmışdı. Bu səbəbdən onların birini kişi astronavt əvəz etmişdi.

Bundan sonra hazırlanan yeni dizaynın problemləri aradan qaldıracağına və 2025-ci ildə buraxılacaq “Artemida III” missiyasının Aya göndərdiyi bəzi çətinliklərə cavab verəcəyinə inanılır. Skafandrın əsas meyarı astronavtlara kosmosun yaxın vakuumunda sağ qalmağa imkan verən oksigenlə təmin etməkdir. Bu aspekt diqqətli dizayn tələb edir, çünki uğursuzluq astronavtın ağciyərlərinin sürətlə genişlənərək ölümə səbəb ola bilər. NASA-nın skafandr və zond komandasının meneceri Lera Kerni yeni dizaynın nümayişində bildirib ki, bu skafandra qarşı çox sərt tələblər irəli sürülüb. O əlavə edib: "Ay təhlükəli yerdir və onun cənub qütbü həqiqətən problemli olacaq. Bir çox istilik tələbləri meydana çıxır, biz astronavtların daha səmərəli fəaliyyət göstərə bilməsi üçün ən təkmil hərəkətlilik variantı axtarırıq."

Texasda yerləşən “Axiom Space” şirkəti skafandrların dizaynı üçün keçən il 228 milyon dollarlıq tender əldə edib və altı aydan sonra ilk prototipi ortaya qoyub. Əvvəlki kostyumlardan fərqli olaraq, yeni “Axiom Extravehicular Mobility Unit” (AxEMU) skafandrında astronavtlara daha çox çeviklik təmin etmək üçün tikilmiş oynaqlar var. O, həmçinin dəbilqədə quraşdırılmış işıqları idarə edir. Bu xüsusiyyətlər çox vacibdir, çünki astronavtların Ayın cənub qütb bölgəsinə daha yaxşı uyğunlaşması üçün geologiyanı araşdırmaq, nümunələr götürmək və digər məlumatlar toplamaq tələb olunacaq. Dəbilqə, həmçinin Aydakı videoların Yer kürəsində yüksək dəqiqliklə izlənməsinə imkan verən HD video kamera ilə təchiz edilib. Yeni kosmik çəkmələr isə Ayın səthinin daimi kölgəli bölgələrində müşahidə olunan dondurucu temperaturlara tab gətirə bilməlidir. Bundan başqa, skafandrlar dəqiq ölçüləri təmin etmək üçün 3-D printerlər və lazer kəsicilər daxil olmaqla, qabaqcıl istehsal üsullarından istifadə edilməklə hazırlanacaq. Prototip Ay missiyası üçün iki uçuşa hazır skafandr əldə etmək məqsədilə NASA tərəfindən ayrılan 1 milyard dollarlıq investisiyanın bir hissəsidir.

2021-ci ildə NASA skafandrın hazırlanmasına artıq 420 milyon dollar xərclədiyini, lakin nəticələri əldə etməkdə çətinlik çəkdiyini açıqlamışdı. Bundan sonra işi davam etdirmək üçün dizaynı özəl sektora həvalə etmək qərarına gəlinib. “Axiom Space” kompaniyasının prezidenti və baş icraçı direktoru Mayk Suffredini deyib: “Axiom Space”in dizayn etdiyi “Artemis III” skafandrı Ayın cənub qütbünün mürəkkəb problemlərini həll etməyə hazır olacaq və uzunmüddətli perspektiv üçün Ay haqqında anlayışımızı inkişaf etdirməyə, orada qalmağa kömək edəcək”.

“Artemis III” missiyası 2024-cü ildə başlayacaq və skafandr gələn il NASA-nın Conson Kosmik Mərkəzinin Neytral Naviqasiya Laboratoriyasında əlavə sınaqdan keçiriləcək.
NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib

Son xəbərlər

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930