Qubada qanunsuz torpaq satan bələdiyyə sədri həbs edildi
Dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031