Xətai Bağırov: Yunanıstan yığması ilə oyuna tam hazırıq
Yunanıstan və Polşa ilə keçiriləcək oyunların hazırlığını davam etdirən Azərbaycan millisi dünən bir məşqlə kifayətlənib. İki saata yaxın davam edən hazırlıq prosesini baş məşqçi əsasən taktiki tapşırıqlar üzərində qurub. “Araz-Naxçıvan”da çıxış edən oyunçular Yunanıstanla matçın hazırlığına daha erkən cəlb ediliblər. Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırdı.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu sözləri məşqdən sonra Afinada Yunanıstan yığmasının qapısına 2 qol vuran Xətai Bağırov deyib.

“Yunanıstanla oyundakı tapşırığımız da aydındır, qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyük hesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər.

Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”, - deyə Xətai Bağırov əlavə edib.

Qeyd edək ki, millimiz martın 3-də saat 20:00-da Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930