Turaztv.az » Xəbərlər » Azərbaycan qış Avropa çempionatında iki atletlə təmsil olunacaq
Xəbərlər

Azərbaycan qış Avropa çempionatında iki atletlə təmsil olunacaq

02.03.2023, 00:51 397
Azərbaycan qış Avropa çempionatında iki atletlə təmsil olunacaq
Martın 2-5-də İstanbulda atletika üzrə qış Avropa çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, çempionatda ölkəmizi Nazim Babayev və Yekaterina Sariyeva təmsil edəcəklər.

Atletlərimiz yarışda məşqçiləri Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Oxşar xəbərlər