Turaztv.az » Xəbərlər » Filippində 5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb
Xəbərlər

Filippində 5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb

02.03.2023, 00:08 409
Filippində 5 nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb
Filippində bir xəstə və bir tibb bacısı da daxil olmaqla beş nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, helikopterin quruda və dənizdə axtarışına başlanılıb.

Ölkənin mülki aviasiya rəsmilərinin sözlərinə görə, pilot, xəstə, iki qulluqçu və tibb bacısı olan helikopter Palavan bölgəsindəki xəstəxanaya uçarkən yoxa çıxıb.

İtmiş helikopterdəki tibb bacısı istisna olmaqla, qalan heyətin hamısının filippinli olduğu bildirilir.

Oxşar xəbərlər