Xəbərlər
22.02.2023, 20:37
PƏRVANƏ ŞUŞALI: Kasib komalarda çırağa döndüm....!
Kasib komalarda çırağa döndüm....!
Olmadım ömrümdə hiddət yumağı,
Oldum haqq təşnəsi, hörmət sığnağı.
Yalana, yamana, nifrət yığnağı,
Doğruya bir isti qucağa döndüm.
Könlum koma oldu qəmə, girincə,
Büküb–bükmələdi bəxt də kefincə.
Özüm bülənd oldum saxta sevincə,
Təşnə üraklərə bulağa döndüm.
Qaçmadım şirnili şöhrət dalınca,
Sevindim bir para qismət alınca.
Qəlblər qızınımayan ocaq olunca,
Kasib komalarda çırağa döndüm....!
Oldum haqq təşnəsi, hörmət sığnağı.
Yalana, yamana, nifrət yığnağı,
Doğruya bir isti qucağa döndüm.
Könlum koma oldu qəmə, girincə,
Büküb–bükmələdi bəxt də kefincə.
Özüm bülənd oldum saxta sevincə,
Təşnə üraklərə bulağa döndüm.
Qaçmadım şirnili şöhrət dalınca,
Sevindim bir para qismət alınca.
Qəlblər qızınımayan ocaq olunca,
Kasib komalarda çırağa döndüm....!
PƏRVANƏ ŞUŞALI
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














