ABŞ və tərəfdaşları bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəklər
ABŞ administrasiyası və Vaşinqtonun tərəfdaşları bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan etmək niyyətindədir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Polşada rəsmi səfərdə olan ABŞ Prezidenti Cozef Bayden Varşavada çıxışı zamanı deyib.