Bu şəxslərin sürücülük hüququ əlindən alına bilər - Tibbi müayinə geri qayıdır?
Türkiyədə dekabrın 1-dən etibarən bəzi sürücülərin testdən keçirilməsi məcburi olacaq. Kommersiya məqsədli, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrini idarə edən sürücülər psixotexnologiya testindən keçiriləcəklər.

Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər. Belə bir qərarın qəbul edilməsində məqsəd baş verəcək qəzaların sayını azaltmaqdır.Azərbaycanda da qəzaların il ərzində yüzlərlə can aldığı məlumdur. Bizdə də oxşar tədbirlər görülə bilərmi?Mövzu ilə əlaqədar "Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, sürücülər üçün mütləq şəkildə mütəmadi tibbi müayinə bərpa olunmalıdır:

"Bu məsələ də həmişə dəstəkləmişəm ki, sürücülərin psixoloji vəziyyətləri yoxlanılsın və sürücülərin tibbi müayinə məsələləri bərpa edilsin. Əvvəllər hər 10 ildən bir sürücülük vəsiqəsi dəyişiləndə tibbi arayış almalı idik. Təəssüf ki, Səhiyyə Nazirliyi onu formal struktura çevirmişdi. Bunun üçün 30-50 manat verərək, sağlamlıq haqqında arayış alırdılar. Sonra bunu ləğv etdilər. İndi isə 18 yaşda sürücülük vəsiqəsi alanda, bir də 60 yaşdan sonra tibbi müayinə tələb olunur. Ola bilməz ki, insan ömrünün 40 ilində hər hansı bir xəstəlik - psixoloji, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi və s. keçirməsin".
Səhhətində problem olan xeyli insanın sükan araxasında əyləşdiyini xatırladan ekspert bu səbəblə baş verən qəzaların azaldılması üçün atıla biləcək addımlardan da bəhs edib:

"Biir müddət öncə Xaçmazda sükan arxasında bir sürücü infakt keçirərək, ölüb. Həmçinin qəza da törədib. Hazırda yollarımızda da ağır xəstəliyi olan sürücülər də var. Onlara da heç kim heç nə demir. Çünki qanunla icazə verilib. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə psixoloji vəziyyəti gərgin olan o qədər sürücü var ki. Məsələn bir-birilərini ötmək istəyən, bir-birini döyən süücülər və s. Mən bu yaxınlarda bir hadisənin şahidi oldum ki, insan bir ayağını itirib. Lakin mexaniki ötürücü qutusu olan avtomobil idarə edir. Hətta narkotik aludəçisidir. Bir müddət sonra o normal şəkildə Asan Xidmətə müraciət edib, sürücülük vəsiqəsi alacaq. Ona görə tibbi müayinə mütləq tətbiq olunmalıdır. Lakin kriteriyalar dəqiq müəyyənləşməlidir. Yəni orda görmə qabiliyyəti, eşitmə qabiliyyəti, qan analizi və s. yoxlanılır. Amma mən düşünürəm ki, orda mütləq psixoloq otağı da olmalıdır. Psixoloqun mənfi rəy verdiyi sürücülərə də sürücülük vəsiqəsi sınaq müddətinə verilməlidir. Yəni həmin şəxs hardasa gərginlik və ya qəza törədərsə, onun sürücülük hüququ bərpa edilməməlidir".
Ekspert tibbi müayinənin gələcəkdə bərpa ediləcəyini istisna etməyib:

"Bununla bağlı Bakı Dövlət Yol Polisi idarəsi də artıq neçə illərdir ki, müraciətlər edir ki, tibbi müayinə bərpa edilməlidir. Çünki, DYP-nin səlahiyyəti yoxdur ki, hansısa sürücünü müayinədən keçirsin. Ola bilər ki, indi sağlam, amma 3 ay sonra xəstəlik keçirib, sürücülüyə yararsız olaq. Ona görə də son zamanlar sükan arxasında ölənlərin sayı artıb. Artıq il ərzində 30-40 belə bir fakt qeydə alınıb”.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31