Ölkəyə gətirilən avtomobillərə gömrük rüsumunun yeni qaydaları müəyyənləşib
Azərbaycana idxal edilən istismar edilmiş avtonəqliyyat vasitələrinə dair norma müəyyənləşib.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Beləliklə, traktorlar, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri (avtobuslar), yük-sərnişin avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələri və yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri Azərbaycana idxal edilərkən yürüş məsafəsindən asılı olmayaraq, zavod buraxılış tarixindən 1 il və ya daha çox ili ötübsə, istismar olunmuş avtonəqliyyat vasitəsi kimi qəbul ediləcək və buna müvafiq olaraq idxal gömrük rüsumu tətbiq olunacaq.

Xatırladaq ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, təzə traktorlar idxal gömrük rüsumundan azaddır. İstismar edilmiş traktorlara 5 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinə gəlincə, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş təzə avtomobillər, hava limanlarında sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş təzə avtobuslar idxal gömrük rüsumundan azad olunub. Bu kateqoriyadan digər təzə avtomobillərin mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar gömrük rüsumu müəyyənləşib. Bu kateqoriyadan istismar olunmuş xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər idxal gömrük rüsumundan azad olsa da, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş istismar olunmuş avtobusların mühərriklərinin hər 1 kubsantimetri üçün 3 1,2 dollar hesablanmaqla, idxal gömrük rüsumu müəyyənləşib.

Qüvvədə olan , “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə görə, yük-sərnişin avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələrinə (8702 mal mövqeyinin mühərrikli nəqliyyat vasitələrindən başqa) gəlincə, sıxılmadan alışan porşenli daxili yanma mühərrikli (dizel və ya yarimdizel), və ya qığılcımdan alışan porşenli daxili yanma mühərrikli xüsusi olaraq qar üzərində hərəkət üçün nəzərdə tutulmuş təzə nəqliyyat vasitələri üçün mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar, digərləri üçün gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu müəyyənləşib, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər isə gömrük rüsumundan azad edilib. Ancaq bu kateqoriyadan istismar olunmuş xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınır. Bu kateqriyadan digər avtonəqliyyat vasitələrinin isə mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar hesablanmaqla, gömrük rüsumu müəyyənləşib.

Eyni zamanda yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin təzələri üçün 5 faiz, istismar olunmuşlar üçün isə mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar hesablanmaqla idxal gömrük rüsumu müəyyənləşib.

Son xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031