Hindistan “iPhone” telefonlarının əsas istehsalçı ölkəsinə çevrilə bilərmi?
“Apple” kompaniyası COVID-19 epidemiyası və artan geosiyasi gərginlik fonunda mühüm təchizat zəncirlərini təmin etmək üçün nəzərlərini Çindən kənara yönəldir. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu kontekstdə Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına cəlbedici potensial alternativ olaraq ortaya çıxıb. Pekinin böyük regional rəqibi yaranmış fürsətdən istifadə etməkdə heç də uduzmur. Hindistanın ən yüksək səviyyəli nazirlərindən biri keçən ay Kaliforniyada yerləşən şirkətin Cənubi Asiya ölkəsindəki istehsalını ümumi istehsalın dörddəbirinə çatdırmaq istədiyini söyləyib.

Hindistanın ticarət və sənaye naziri Piyuş Goyal bildirib ki, “Apple” artıq məhsullarının 5-7 faizini onun ölkəsində istehsal edir. "Səhv etmirəmsə, kompaniya Hindistanda istehsalı 25 faizə çatdırmaq niyyətindədir”, - deyə o məlumat verib.

“Apple” kompaniyasının təchizatçılarından biri olan “Foxconn” Çində ciddi tədarük problemindən sonra Hindistandakı əməliyyatlarını genişləndirmək istəyir. ABŞ-ın elektronika nəhəngi illərdir ki, “iPhone”, “iPad” və digər məşhur məhsulların kütləvi istehsalı üçün Çindəki geniş istehsal şəbəkəsinə arxalanırdı. Lakin onun bu asılılığı keçən ilin dekabrında Pekinin sərt “Sıfır COVID” strategiyası ilə daha da azalıb. Əvəzində, “Apple” ötən ilin ortalarından etibarən Hindistana investisiya istiqamətində səylərini ikiqat artırıb. Lakin Asiyanın üçüncü ən böyük iqtisadiyyatı birdən-birə Çini tam əvəz edə bilməyəcək. “Counterpoint” bazar iqtisadiyyatı araşdırması firmasının tədqiqat direktoru Tarun Pathak bildirib ki, nəzəri cəhətdən bunu etmək olar, lakin bu, bir gecədə baş verməyəcək".

"Apple” kompaniyasının Çindən asılılığı bu ölkənin bütün elektronika istehsalı sisteminə 20 ilə yaxın qoyulan sərmayələrin nəticəsidir. Kompaniyanın mobil telefonlarının təxminən 95 faizi Çində istehsal olunur.

Son xəbərlər

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930