Turaztv.az » Xəbərlər » İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək
Xəbərlər

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək

02.02.2023, 01:09 471
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin Azərbaycana səfər edəcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, italiyalı nazirin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər rəsmilərin iştirakı edəcəyi toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Oxşar xəbərlər